Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Özünü “Azərsu”nun əməkdaşı kimi təqdim edən fırıldaqçı sakinlərdən pul toplayır– DİQQƏT

 
Tez-tez müəyyən qurumların fəaliyyəti ilə bağlı mediada xəbərlər yer alır. Bu dəfə ki, şikayət “Azərsu” ASC ilə bağlı olub


Yenixeber.org: Belə ki, Elvin Fərzəliyev adlı şəxs tərəfindən özünü  “Azərsu” ASC-nin  əməkdaşı kimi təqdim edən Samiq adlı şəxsin fəaliyyəti ilə bağlı şikayət daxil olub.
Ramana qəsəbəsi, Şuşa şəhərciyində məskulaşan Elvin Fərzəliyev yaşadığı həyət evlərinə su çəkdirmək istəyib. Beləcə özünü “Azərsu” ASC-nin işçisi kimi qələmə verən Samiq adlı şəxslə tanış olub və sonuncu onları aldadıb.
Suyun çəkilməsi üçün rəsmi şəkildə E.Fərzəliyev 120 AZN pul ödəniyib.  Bundan sonra Samiq bəylə “tanışlıqları” başlayıb. O, özünü “Azərsu” ASC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək, suya sayğac şəkilməsinin lazım olduğunu bildirib. Buna da razı olub, 100 AZN ödəyiblər. Lakin demək olar ki, yay girəndən su üzünə həsrət qalıblar. Sayğac çəkildiklən sonra dəfələrlə Samiq bəylə əlaqə saxlamağa çalışsalar da, ya onunla əlaqə saxlamaq mümkün olmayıb, ya da vətəndaşlarla kobud danışaraq, onları başından etməyə çalışıb.
Elvin Fərzəliyev Samiq bəyin “gedin kimə şikayət edirsinizsə, edin”- deyərək, məsələnin həllini yubatmağa çalışdığını da bildirib. Həmin ərazi də bu vəziyyətdə olan yalnız Elvin bəyin ailəsi deyil, digər bir neçə ailə də uzun müddətdir ki, bu vəziyyətdən əziyyət çəkirlər.
Elvin bəy vəziyyətin düzəlməyəcəyini görüb onlar haqqında media orqanlarına şikayət ünvanlayacağını söylədikdən sonra Samiq bəyin “30 manat da verin, görək nə edirik”- deməklə kifayətləndiyini söylədi.
Məsələ ilə bağlı Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Anar bəy vəziyyətlə özü şəxsən maraqlandıqdan sonra “Bizim Sabunçu rayonunda Samiq adlı əməkdaşımız yoxdur. Hətta mən bu ada yaxın adları da araşdırdım, lakin belə bir əməkdaş adı rastıma çıxmadı”- deyə bildirdi.
“O kimdirsə, mahir bir dəllaldır”- deyən Anar bəy özünün də rayon üzrə lazımı quruma artıq müraciət etdiyini, həmin şikayətçi vətəndaşların da tez bir zamanda hüququ mühafizə orqanlarına məsələ ilə bağlı şikayət etməsini tövsiyə etdi.
Bundan sonra E.Fərzəliyevlə “Azərsu”nun həqiqi əməkdaşları əlaqə saxlayıb və problemi yerində həll edəcəklərinə söz veriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam