Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beyləqan Su idarəsi vətəndaşları sussuzluqdan qırır

 

"Xeberinfo.com":  Məlumata görə, Beyləqan rayonunun bir qrup sakin  AzFakt.com-a müarciət edərək rayon Su İdarəsindən şikayətçi olduqlarını bildiriblər. 
Həmin şikayətdə qeyd olunur ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rayonda fəaliyyət göstərən yerli  idarəsinin işçiləri 1 aydan çoxdur vətəndaşları su sınağına çəkib.  Belə ki, Beyləqan şəhərinə çəkilən su xətlərinin xeyli hissəsinə heç bir səbəb göstərilmədən su verilmir. Şikayətçilər iddia edirlər ki, rayon Su İdarəsinin müdiri Novruz Şirinov və işçiləri sayğac olmayan evlərdən hər ay 5 manat pul yığırlar və suyu da həmin küçələrə verirlər. Sayğacı olan vətəndaşlara isə su verilmir. Rayonun bir hissəsi sussuzluqdan dad edir,  bir hissəsində isə içməli su ilə bostan suvarılır. Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” nun qaynar xəttinə şikayət ediblər. Ancaq su idarəsinin işçiləri hər dəfə müxtəlif bəhanələr gətirərək vəziyyətdən çıxmağa çalışıblar. Sakinlər bildirirlər ki, əslində idarə işçilərinin bəhanələri sayğac olmayan evlərdən yığdıqları 5 manatdır. Su idarəsinin hər ay sayğac olmayan evlərdən yığdığ su pulunun məbləği ay ərzində  7-8 min manat arasında dəyişir.
Şikayətçilər qeyd edirlər ki, susuzluq Beyləqan sakinlərini üsyan həddinə çatdırıb. Onlar “Azərsu” rəhbəri Qorxmaz Hüseynovu bu problemin həlli üçün addımlar atmağa çağırıblar.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam