Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Biləsuvarı susuz qoyan Sərxoş və onun BİZNES SƏRGÜZƏŞTLƏRİ -FAKTLAR

 

Biləsuvarı susuz qoyan Sərxoş və onun BİZNES SƏRGÜZƏŞTLƏRİ - FAKTLAR

Biləsuvar rayonunda əhali içməli suya həsrət qalıb. Buna səbəbsə rayonun Su-Kanal İdarəsinin rəisi Sərxoş Səidovun biznesidir.

Yenixeber.org: Daxil olan şikayət məktubunda Sərxoş Səidovun qanunsuz əməllərinə dair ciddi faktlar yer alır.

Rayon sakinlərinin şikayətində deyilir ki, Su-Kanal İdarəsinin rəisi əhaliyə verilməli olan suyu özəl müəssisələrə satır.

                                 Su ticarəti və dövlətdən oğurluq

Faktlar göstərir ki, S. Səidov əhali üçün nəzərdə tutulan içməli suyu parniklərə, müxtəlif fabrik və müəssisələrə satır. Xüsusilə suya təlabatın çox olduğu mövüsmlərdə idarə rəisi böyük qazanc əldə edir.

Belə ki, S. Səidov əhalinin suyunu satdığı fabrik və parniklərə sayğac quraşdırılmasını ləğv edib. Razılaşmaya görə, bu müəssisələr hər ay rəisin "haqqı”nı verir. Beləliklə, burada itirən əhali və dövlət olur. Qazanansa qeyri-qanuni su istifadə edən müəssisələr və bunu təşkil edən idarə rəisidir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən son dəyişikliyə görə, təbii qaz, elektrik və ya istilik enerjisi ilə yanaşı, suyun qanunsuz istifadəsi də cinayət məsuliyyəti yaradır. Qanunda sudan qanunsuz istifadəyə görə 3 min AZN cərimə, yaxud iki illik islah işləri nəzərdə tutulur.

Lakin illərdir əhalinin suyunu sataraq varlanan Sərxoş Səidova "gözün üstə qaşın var” deyən olmayıb. Hər-halda dövlətdən oğurlamaq və əhalinin suyunu qanunsuz satmaq "Azərsu” ASC-nin fəaliyyət prinsiplərinə ziddir, yoxsa belə deyil? Bu sual açıq olaraq qalmaqdadır.

                                 Kağız üzərində işçi ordusu və toplanan "haqq”lar

Sərxoş Səidov isə Biləsuvar rayonunda sözün həqiqi mənasında xanədanlıq yaradıb.

Əldə etdiyimiz məlumatlara görə, o, tabeçiliyində çalışan işçilərin aylıq əmək haqqısından 50-100 manat "haqq” alır. Bu "haqq”ın məbləği işçiyə görə dəyişir, bəzilərindən 50, bəzilərindən isə 100 manat. Lakin bu işçilər idarədə çalışanlardan fərqlənir. Belə ki, onlar ayda bir dəfə gəlir, maaş cədvəlinə imza ataraq, əmək haqlarını alır və S. Səidovun "haqqı”nı ödəyərək bir də gələn ay gəlmək üçün idarəni tərk edirlər. Bu "işçilər” yalnız yoxlama gələndə idarədə olurlar.

Yerli mənbələr S. Səidovun idarənin balansında olan su maşınından şəxsi biznesi kimi istifadə etdiyini deyirlər. Məlumata görə, maşını idarə edən sürücü rayon kəndlərində əhaliyə su sataraq, pulunu S. Səidova verir. İdarənin su və qəza xidməti maşını üçün nəzərdə tutulan benzin kartını isə S. Səidovun oğlu istifadə edir.

                             Şantaj və hədə-qorxu: Sərxoşun oğlu idarədə "at oynadır”

S. Səidovun tabeliyində çalışan işçilərə hədə-qorxu gəldiyi, onları işdən çıxarmaqla şantaj etdiyi də deyilir. O, işçilərə bildirir ki, "500 manat verin, yoxsa sizi ixtisara salacam”.

Oğlu idarə üçün ayrılan benzini satdığı üçün qəza xidməti maşınına lazım olan benzini almaq üçün də işçilərdən pul yığılır. Sərxoş Səidovun oğlu da idarədə "at oynadır”. Belə ki, S. Səidovun sürücüsü öz oğludur. Müdirin oğlu işçiləri məzuniyyətə buraxmaq, yaxud icazə vermək üçün onlardan hədə-qrxu ilə pul toplayır.

S. Səidov daim işçiləri müxtəlif qanunsuz üsullarla yoxlatdırır, onları təzyiq altında saxlayır. Müxtəlif bəhanələrlə işçilərin ərizələrini alır, daha sonra pulunu alaraq, ərizəni ləğv edir. Kim pul vermirsə, həmin işçi dərhal azad edilir.

                           "Azərsu”nun sayğacları Sərxoşun evində

Məlumata görə, S. Səidov rayonda su sayğaclarını vətəndaşlara 100 manatdan satır. "Azərsu” ASC-nin rayondakı abonentlər üçün ayırdığı sayğaclar idarə rəisinin evindədir. Hansı abonent S. Səidova pulunu ödəyir, onun oğlu həmin abonentin evinə sayğacı qurdurur.

Biləsuvar sakinləri Sərxoş Səidovun onlara zülm etdiyini, bu problemlər həll olunmayacağı təqdirdə, etiraz aksiyası keçirəcəklərini deyirlər./miq.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam