Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Fitrəni kimlər və nə qədər verməlidir? –Zəkatın məbləği

Dini qaydalara əsasən, hər bir müsəlman Ramazan  ayının son  günü fitrə verməlidir.

Yenixeber.org:   İslam alimlərinin izahına görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın hər bir ailə üzVü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. 

Ramazan bayramına da sayılı günlər qalıb. İndi bir neçə aktual sual var.

Məsələn, fitrəni kimlərə və nə qədər verilməlidir? Borcu olan şəxslər firtə verə bilərlərmi? Fitrəni kimlərə vermək daha böyük savab hesab edilir və s.

Bu sualların cavabını Lent.az-a tanınmış ilahiyyatçı Hacı Şahin verir.

Fitrə zəkatının mənəvi ibadətin nəticəsi hesab edən Hacı Şahin bildirib ki, Ramazanda bayram namazını qılmaq bəyənilən əməl olsa da vacib sayılmır, ancaq fitrə zəkatı ödəmək vacib əməldir.

H.Şahinin sözlərinə görə, kimsə fitrə zəkatını ödəməzsə, hədislərdə də qeyd olunduğu kimi onun orucu qəbul olunmaz: “Orucun qəbul olunmasının şərti bayram günü fitrə zəkatı ödəməkdir.

Fitrə zəkatı bayram axşamı çıxarılmalıdır. Yəni, ayın 26-sı bayramdırsa, 25-i axşam evdən fitrə çıxarılmalıdır. Fitrə zəkatının məbləği buğda, un, düyü, kişmiş, xurma və s. bu növ ərzaqların qiymətlərinə uyğun tənzimlənir. Fitrə zəkatı ailə üzvləri adından ailə başçısı tərəfindən verilir”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatının məbləği fərqli olur: “Qafqaz Müsəlmanları İdarəsinin ( QİM)  qənaətinə  görə, bugünkü qiymətlərə uyğun olaraq adambaşına 5 -10 manat arası fitrə zəkatının verilməsi məsləhət  görülür. Amma bu, o demək deyil ki, ondan aşağı məbləğdə fitrə vermək olmaz. İnsanlar özü mağazaya gedib həmin sadalanan ərzaqların qiymətlərinə baxaraq fitrənin məbləğini tənzimləyə  bilər”.

H.Şahin deyir ki, fitrə zəkatı aylıq ehtiyaclarını ödəyə bilən şəxslər tərəfindən verilməlidir: “Aylıq ehtiyaclarını ödəyə bilməyənlər, imkanı olmayanlar isə fitrə ödəməməlidir. Fitrə zəkatı vermək onların boynundan götürülür. İmkanı olmayan, amma fitrə çıxartmaq istəyən şəxs ya 3 kilo buğda, ya 3 kilo xurma, düyü və yaxud un məmulatlarını da fitrə kimi verə bilər.

Fitrənin kimə verilməli olduğuna gəlincə isə, fitrə yoxsul insanlara verilməlidir. Və fitrənin gecə evdən çıxarılması yaxşıdır. Bayram namazına qədər, səhər 8-9 radələrinə kimi fitrə ehtiyacı olan insanlara çatdırılmalıdır”.

Hacı Şahin əlavə edib ki, Ramazan ayının mahiyyəti insanlarda həmrəylik əhvalının yaranmasıdır: “Bu ayda insanlar ibadət etməklə Allaha yaxınlaşır. İslam bizə fərdi ibadətlərə qapılıb ictimai məsuliyyətdən uzaqlaşmağı yox, Allaha yaxınlaşdıqca cəmiyyətə daha  da faydalı olmağı öyrədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam