Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Mərkəzi Bank iflic olub” -Hüquqşünasdan şok açıqlama

Hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bankın fəaliyyətinin iflic vəziyyətə düşdüyünü deyir.

Xeberinfo.com:   Bu barədə feysbuk səhifəsində yazan Ə.Həsənov qeyd edir ki, MB İdarə Heyətinin 7 üzvündən hazırda yalnız 2-i mövcuddur. Qanuna görə isə MB İH üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

“2 gün əvvəl Mərkəzi Bankın 5 üzvündən üçünün səlahiyyət müddəti bitib. Məlum olduğu kimi, qanuna əsasən Mərkəzi Bankın 7 üzvü olmalıdır: 5-i daimi əsaslarla işləyən və 2 kənar üzv (xarici təcrübədə adətən biri maliyyə nazirliyinin, digəri isə ictimaiyyətin nümayəndəsi olur). Lakin kənar üzv vəzifələri həmişə vakant olub. Çünki Elman Rüstəmov kənardan işinə nəzarət edilməsini istəmədiyindən həmin üzvlərin təyinatının reallaşmasına imkan verməyib. Buna görə də Mərkəzi Bankda həmişə 5 daimi əsaslarla işləyən üzv olub.

Qanuna görə İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hazırda isə 7 üzvdən cəmi 2-si mövcuddur. Buna görə də Mərkəzi Bank heç bir strateji qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bir sözlə, iflic olub”, – deyə hüquqşünas bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam