Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Maliyyə bosları niyə ictimaiyyətə açıqlama vermir?

Ölkənin maliyyə bosları niyə ictimaiyyətə açıqlama vermir?

 

Ekspertlər maliyyə qurumlarının susqunluğunu vəziyyətdən çıxış yolu tapmamaları ilə izah edirlər... 

 

 

Xeberinfo.com:  İki həftədir ki, ölkədə ciddi dollar ajiotajı hökm sürür. Bankların çoxu dollar satmır, satan banklar isə bunu kiçik limitlə həyata keçirir. Baş verənlər isə bazara psixoloji təsir göstərir və manat qara bazarda durmadan bahalaşmaqdadır. Ekspertlər isə bildirirlər ki, manat dəyərdən düşməklə bərabər, qara bazarda da tələbatını artırır. 
 
Qara bazarın genişlənməsində isə maraqlı qüvvələr var. Maraqlıdır ki, ölkənin maliyyə durumuna təsir edən və cavabdeh olan qurum və şəxslər bu durumda belə susqunluqlarını qoruyurlar. 
 
Mətbuata, ictimaiyyətə normal açıqlama verilmir. Həmçinin Mərkəzi Bank da həmişəki kimi susqunluğunu qoruyur. Maliyyə sahəsində mühüm fiqurlardan olan Mərkəzi Bankın sədri Elman Rüstəmov bir neçə gün əvvəl medianın qarşısına çıxsa da, manatla bağlı danışmaqdan imtina edib. 
O, “Baku-2016" 42-ci Şahmat Olimpiadasının açılışından öncə keçirilən mətbuat konfransında iştirak edib. Şahmat federasiyasının prezidenti olan baş bankir şahmat olimpiadası ilə bağlı fikirlərini də bölüşüb. Maraqlıdır ki, Elman Rüstəmov rəhbəri olduğu digər qurumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, manatın məzənnəsi ilə bağlı sualları dinləyəndən sonra sakitcə zalı tərk edib.
Ekspertlər maliyyə qurumlarının susqunluğunu çıxılmaz durumda olmaları və vəziyyətdən çıxış yolu tapmamaları ilə izah edirlər. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatla, dollarla, qara bazarın çiçəklənməsi ilə bağlı məsələlər daha çox Mərkəzi Bank rəhbərliyinin verməli olduğu açıqlamadır: “Çünki dollar satışına o nəzarət edir. Ola bilər ki, Elman Rüstəmovun başı şahmat üzrə olumpiadaya qarışıb. Bakıda hazırda şahmat olimpiadası keçirilir. Elman Rüstəmov da Azərbaycanın Şahmat Federasiyasının rəhbəridir. Halbuki qanunsuz rəhbəridir. Çünki ”Mərkəzi Bank haqqında" Qanuna görə, onun heç bir ictimai təşkilatda vəzifə tutmağa ixtiyarı yoxdur. Amma hər halda, tutub. Yəqin ki, şahmatla başı qarışıqdır. Amma digər səbəb də odur ki, çıxıb danışmağa üz yoxdur. Nə deyəcək ki? Mərkəzi Bankın bugünkü hərəkətinə heç bir ad qoymaq olmur. Çünki Mərkəzi Bank elan edib ki, bir dollar bir manat 63 qəpikdir. Amma o məzənnə ilə satmır dolları. Bunu da heç kim heç cür əsaslandıra bilməz. Bunun əsaslandırması yoxdur. Bu səbəbdən də heç bir mətbuat konfransı keçirə bilmir".
Ekspert qara bazarla bağlı yaranmış durumda da Mərkəzi Bankı günahlandırıb: “Digər tərəfdən də faktiki məlumdur ki, qara bazarın da arxasında duran banklardır. Hazırda Elman Rüstəmov iyirmi ildən çoxdur ki, bankların himayəsini edir. Banklarla rəsmi və qeyri-rəsmi əlaqələri var. İndi də yəqin bu fəaliyyətdədir. Bankların bu yolla, qara bazar vasitəsilə pul qazanmasına imkan verib. Həm də məlumat verməyin də mənası yoxdur. Çünki Azərbaycan xalqı artıq bu qənaətə gəlib ki, Elman Rüstəmova inanmaq olmaz. Nə deyirsə, əksi olur. Ona görə də çıxıb danışmağın da mənası yoxdur. Digər tərəfdən də ehtimal edirəm ki, maliyyə qurumlarımız, valyuta məsələsi ilə bağlı olan qurumlar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi, Neft Fondu hazırda baş verənlər müzakirə edirlər. Ölkənin maliyyə sistemində yaranmış vəziyyətlə bağlı onların arasında bu saat mübahisə və müzakirə gedir. Vəziyyətdən çıxış yolunu axtarırlar. Təbii ki, aralarında fikir ayrılığı ciddidir. Çünki əvvəlki devalvasiyalar zamanı da olduğu kimi, Maliyyə Nazirliyi və Neft Fondu devalvasiyanın tərəfdarıdır. Mərkəzi Bank və Palata isə yox. Bu fikir ayrılığı bitmədiyi üçün də onlar çıxıb heç bir məlumat verə bilməzlər”. 
Musavat.com 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam