Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SEPAH-ın Bakıda partlatmaq istədiyi obyektlər -DTX ifşa etdi

sepah-bakida-bu-strateji-obyektleri-partlatmaq-isteyirmis

İranın Azərbaycanda terror planları ifşa olunub. 

Yenixeber.org AzTV-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib. Həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran vətəndaşları - Rüstəmzadə Behnam Sahibali, Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. 

Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib. 

Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam