Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xameneinin oğlu ali lider seçilib?

Xameneinin oğlu ali lider seçilib - İDDİA

İranın öldürülüən ali lideri Ayətullah Əli Xameneinin 56 yaşlı oğlu Müctəba Xameneinin onun yerinə seçildiyi barədə məlumat yayılıb.
Yenixeber.org: Bu barədə bəzi xarici KİV-lər bəlumat yayıb.
İddialara görə, İranın ruhanilərdən ibarət Espertlər Şurası SEPAH-ın təzyiqi ilə Müctəba Xameneinin ali lider seçilməsinə qərar verib.
Amma Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsinin hələlik rəsmi təsdiq yoxdur.

Müctəba Xamenei 17 yaşında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və İran-İraq müharibəsində 27-ci “Muhəmməd Rəsulullah” diviziyasında döyüşüb.
1999-cu ildə Qum şəhərindəki dini seminariyada təhsil alıb. Onun formalaşmasında sərt xətt tərəfdarı olan ayətullahlar, o cümlədən Məhəmməd Təqi Məsbah-Yəzdi mühüm rol oynayıb. Sonradan o, ali rəhbərin Ofisində fəaliyyətə başlayıb və atası tərəfindən sistemin idarə olunmasına hazırlanıb.
Qeyri-rəsmi məlumatlara görə, Müctəba İrandakı son etirazların yatırılmasında birbaşa rol oynayıb və təhlükəsizlik qüvvələrini daha sərt tədbirlərə təşviq edib.
Müctəba Xamenei atasının ideoloji xəttini – mütləq vilayəti-fəqih prinsipini və inqilabın ixracını – dəstəkləyən şəxs kimi tanınır.

İddialara görə, SEPAH üzərində mütləq nəzarət də Müctəba Xameneinin əlindədir. Məlumatlara görə, SEPAH daxilində əsas şəbəkə Müctəba Xameneiyə sadiqdi. Müctəba Xameneinin "Bəsic" yarımhərbi dəstəsinin də nəzarətini öz əlində saxladığı deyilir.
Xatırladaq ki, İranın ali rəhbəri Ayətullah Xamenei fevralın 28-də ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam