Vitse-prezident amerikalı narkomanlardan üzr istədi -SƏBƏB

ABŞ-nin vitse-prezidenti J.D.Vens amerikalı narkomanlardan üzr istəyib.
Yenixeber.org: O, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Kokaini sevən bütün insanlardan üzr istəyirəm, lakin ABŞ Prezidenti Donald Tramp onu sevmir”, - deyə o, ölkə hakimiyyətinin narkotiklərlə mübarizəni davam etdirəcəyini qeyd edib.
Vitse-prezident vurğulayıb ki, bəzi amerikalılar təhlükələrinə baxmayaraq, qeyri-qanuni maddələrdən həzz alırlar. Vens onları müalicə almağa çağırıb.










AZ
RU