Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Hakimiyyət çevrilişinin qarşısı alındı

Bu ölkədə hakimiyyət çevrilişinin qarşısı alındı

Burkina Fasoda keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilən çevriliş cəhdinin qarşısı alınıb.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyasında danışarkən bildirib ki, 3 yanvarda ölkədə sabitliyi pozmaq cəhdi əngəllənib.

Sana çevriliş cəhdinin keçmiş keçid hökumətinin lideri Damiba tərəfindən təşkil edildiyini və məqsədinin hərbi rejimin lideri İbrahim Traoreni zərərsizləşdirmək olduğunu bildirib.

Mahamadou Sana vəziyyətin nəzarət altında olduğunu və iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Hazırkı hərbi rejimin lideri İbrahim Traore 30 sentyabr 2022-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaogo Damibanı devirib.

Damiba da öz növbəsində 2022-ci ilin yanvarında o vaxtkı prezident Roch Marc Christian Kaboreni devirərək hakimiyyəti ələ keçirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam