Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin büdcəsi AZALDILDI



QHT sədrləri Agentliyin 3 illik işini belə qiymətləndirdilər

Dünən Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu” təsdiqlənib. 

Yenixeber.org: 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli həmin Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilib.
Fərmana əsasən bir sıra qurumların büdcələrində ciddi dəyişikliklər baş verib. Bəzi qurumlara ayrılan büdcə xərcləri azaldılsa da, prioritet sahələrin büdcələrində xeyli artım baş verib. Müdafiə, təhsil və başqa sahələrə ayrılan vəsaitin həcmi artırılıb.
Büdcəsi azaldılan qurumlar içərisində “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüququ şəxsi də var. Beləliklə, 2026-cı ilin dövlət büdcəsində QHT Agentliyinə ayrılacaq vəsaitin həcmi 6 milyon 28 min 341 manat (6 028 341) müəyyən edilib.
Əvvəlki illərlə müqayisədə bu məbləğ 850 min manat həcmində azaldılıb.
Qeyd edək ki, 2024-cü ildə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ayrılan büdcə 6 833 694 manat, 2025-ci ildə isə 6 850 056 manat olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam