Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Gürcüstan Aİ ilə münasibətləri yoluna qoymağa çalışacaq -RƏSMİ AÇIQLAMA

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq

“Gürcüstan Avropa İttifaqı ilə münasibətləri yoluna qoymaq üçün səylə çalışacaq”.

Yenixeber.org: Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib.

O, gələn ilin dəyişikliklərlə dolu olacağını düşündüyünü bildirib.

“Biz ehtiyatlı və strateji təmkinlə münasibət dəyişikliyini gözləyirik. Proseslərin necə inkişaf edəcəyinə baxacağıq. Düşünürəm ki, gələn il Avropa İttifaqı tərəfindən də dəyişikliklər olacaq. Gələcəyə nikbinliklə baxacağıq”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstanla sağlam münasibətlərin bərpası Aİ-nin maraqlarına cavab verir.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrında Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Bu qərardan sonra Tbilisi-Brüssel münasibətlərində bugünədək davam edən gərginlik hökm sürür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam