Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Ermənistandakı bu səfir geri çağırılır -SƏBƏB

ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla, dünyanın təxminən 30 ölkəsindən səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarına gəlib.

Yenixeber.org: Ötən həftə 29 ölkənin diplomatına səlahiyyət müddətlərinin 2026-cı ilin yanvarında başa çatacağı barədə xəbərdarlıq edilib.

Həmin diplomatların hamısı Co Baydenin prezidentliyi dövründə təyin ediliblər. Agentliyin mənbəsi bildirib ki, Trampın bu addımı diplomatik korpusda onun "Öncə Amerika" şüarı ilə tanınan siyasi prioritetlərini tam dəstəkləyən şəxslərin yer almasına yönəlib.

Bununla yanaşı, AP-nin mənbələri dəqiqləşdiriblər ki, diplomatlar Vaşinqtona qayıtdıqdan sonra istəyəcəkləri təqdirdə, digər diplomatik vəzifələrdə çalışa biləcəklər. Dövlət Departamenti bu dəyişiklikləri şərh etməkdən boyun qaçıraraq vurğulayıb ki, bu hər bir administrasiya üçün adi prosedir, çünki səfir prezidentin şəxsi nümayəndəsidir.

Diplomatik dəyişikliklərin ən böyük qismi Afrikada - Burundi, Kamerun, Kabo Verde, Qabon, Kot-d'İvuar, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda kimi ölkələrdə gözlənilir. Asiyada dəyişikliklər Fici, Laos, Marşal adaları, Papua-Yeni Qvineyanı, Filippini və Vyetnamı əhatə edəcək.

Həmçinin Avropa ölkələrində - Ermənistan, Makedoniya, Monteneqro və Slovakiyada, Yaxın Şərqdə - Əlcəzair və Misirdə, eləcə də Nepal, Şri-Lanka, Qvatemala və Surinamda dəyişikliklər baş verəcək.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin 16 fevral 2023-cü ildə İrəvana təyin edilib və Amerikanın Ermənistandakı onuncu səfiri olub. Bundan əvvəl o, 2020-2022-ci illər ərzində ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. ( Mənbə: "Associated Press" agentliyi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam