Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Ramiz Mehdiyevdən YENİ XƏBƏR:bütün qurumlardan çıxarılacaq!

Ramiz Mehdiyev bütün qurumlardan çıxarılacaq! - YAP-dan AÇIQLAMA

Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının rayon-şəhər təşkilatlarının aparatlarında 2025-ci ilin ikinci yarımilliyi, Göyçay və Kürdəmir rayon təşkilatlarının aparatlarında isə 2025-ci ilin birinci yarımilliyi ərzində aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.

Maraqlıdır, Təftiş Komissiyası YAP Veteranları Şurasının dövlət çevirilişinə cəhddə təqsirləndirilən üzvü Ramiz Mehdiyevlə bağlı məsələni də müzakirə edibmi?

Bu sualla YAP Təftiş Komissiyasının üzvü, deputat Aydın Hüseynova müraciət etdik.
Deputatın suala cavabı belə olub:

“Ramiz Mehdiyevlə bağlı məsələ müzakirə edilməyib. Məlumdur ki, Ramiz Mehdiyevin törətdiyi cinayət partiyanın siyasəti ilə daban-dabana ziddir. Yeni Azərbaycan Partiyasının əsas prinsiplərindən biri dövlətçilik və qanunçuluqdur. Ramiz Mehdiyev isə dövlətçilik prinsipinə zidd gedib, beləliklə, həm də partiyanın prinsiplərini pozub. Əslində dövlət çevrilişinə cəhd edib və əsl siması aşkarlanıb. O təmsil olunduğu bütün qurumlardan çıxarılacaq. Hər hansı bir üzvün partiyadan kənarlaşdırılması ilə bağlı qərarı isə əsasən İdarə Heyəti verir. Bu gün onun üzvlüyü formaldır”.

Deputat qeyd edib ki, Ramiz Mehdiyev nizamnamə qaydalarına uyğun şəkildə YAP-dan xaric olunacaq:

“Ramiz Mehdiyev cəmiyyət qarşısında bütün nüfuzunu itirib, qanun qarşısında da cavab verir. YAP-ın  nizamanaməsində partiyaya daxil olma və kənarlaşdırmanın prosedurları var. Ramiz Mehdiyev o qaydalara uyğun şəkildə partiyadan xaric olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam