Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Savaşı bitirməyin Azərbaycan nümunəsi...

Ukraynada müharibənin bitməsi üçün iki mümkün ssenari var: Finlandiya və ya Azərbaycan-Ermənistan.

Yenixeber.org: Bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna bu müharibədə sağ qalır, müharibədən bir dövlət kimi, millət olaraq daha güclü çıxır, 300 il əvvəl oğurlandığımız Qərb dünyasına qayıdır, amma bəzi ərazilər olmadan, həm də bu ərazilərin itirilməsini hüquqi baxımdan tanımır. Sonra iki mümkün yol açılır:

Birinci ssenari, şərti olaraq, Fin və ya Danimarka yoludur.

19-cu əsrdə Danimarka onu ilhaq edən Prussiya ilə sərhəddə böyük ərazi olan Şlezviq və Holşteyni itirdi. Danimarka bunu qəbul etdi və "Tamam, əlimizdə olanı quracağıq" dedi və uğurlu bir ölkə qurdu. Finlandiya da müharibəni SSRİ-yə uduzdu. Finlandiya dedi: "Çox məyusedicidir, uduzduq, amma tamam, biz bunu qəbul etdik və malik olduğumuz sərhədlər daxilində normal bir ölkə qururuq.

Mən bir daha vurğulayıram: Mən bu ssenarini dəstəkləmirəm, lakin bunlar xalqların və elitanın bu cür qərarlar verməsinin tarixi nümunələridir.

İkinci ssenari ondan ibarət olardı ki, biz adi Azərbaycan-Ermənistan alqoritminə əməl edək: bu ərazilərimizi geri almağa və ya diplomatik yolla qaytarmağa hazırlaşaq. Biz buna onilliklər sərf edəcəyik və sonra onları (Azərbaycan kimi) geri qaytara biləcəyimiz anı gözləyəcəyik.

Biz düşündüyümüzdən qat-qat güclüyük. Və biz sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Ona görə də yeganə sual atəşkəsdən sonrakı vaxtdan kimin daha səmərəli istifadə edəcəyi olacaq”, - Kuleba vurğulayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam