Redaktor seçimi
 QHT sektoru mafiya qanunları idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri Yusif Məmmədova keçir

adnan-ehmedzadenin-bee-deki-aktivleri-ona-kecir

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsindən sonra onun Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb.

Yenixeber.org: Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır.

Şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyi açıqlanır.

Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb.

Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.(“haqqın.az”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam