Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

"Dəhnəli Elçin"nin bacısı oğlu həbs edildi!-SƏBƏB

 Şəkinin Kiçik Dəhnə kəndi Rusiyanın kriminal qanunları ilə idarə olunur!-Dövlətə meydan oxuyan qardaşların arxasında kimlər dayanır?

Rusiyada azərbaycanlıları, xüsusən də şəkililəri aylığa oturdaraq pullar yığan və Şəkinin Kiçik Dəhnə kəndini Rusiyanın kriminal qanunları idarə edən Elçin Calalovun bacısı oğlu Sadıqov Anar Novruz oğlunun başçlıq etdiyi dəstə hədə-qorxu ilə pul tələbetmə (quldurluq) və "reketçilik" etdiyinə görə Şəki Rayon Polis şöbəsinin əməliyyatçıları tərəfindən həbs olunub.

Bu haqda Yenixeber.org-un elektron poçtuna daxil olan məlumatda deyilir. Cinayətdə şübhəli bilinən şəxslər avqustun 28-də Şəki sakini Məmmədov Rəsul Mövlud oğlunun şikayəti əsasında saxlanıblar.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional qrupu da təsdiqləyib. Rəsmi məlumatın açıqlanacağı da gözlənilir.

Məlumata görə “reket-pulyığan Anar Sadıqov Kçik Dəhnədə yaşayan dayıları Rahim Calalov və kənd bələdiyyəsinin sədri Əlvida Calalov tərəfindən gizlədilirmiş.

Qeyd edək ki, son bir neçə ayda dəfələrlə "Dəhnəli Elçin"nin qanunsuz əməlləri barədə mətbuat səhifələrində yazılar yazılıb, faktlar təqdim olunub, səs yazıları yayılıb. Amma nədənsə hansısa gözəgörünməz əllərin sayəsində Elçin Calalov himayə olunub və o, ötən ay ölkəyə çox rahatlıqla gəlib-gedib.

P.S. 7 iyul 2025-ci il tarixdə ictimai fəal Elçin Əliyev (İctimi Qınaq) bu dəstənin başçısı Elçin Calalovun qanunsuz əməllərindən bəhs edən Kiçik Dəhnə kriminal qanunlara idarə olunur” başlıqlı yazı yayımlayıb. Amma nədənsə Şəki rayonunun hüquq-mühafizə orqanları bu yazını görməzədən gəldilər. Bu da nəticəsi...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam