Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"...bu axmaqlar dəstəsi arasında bir iranlı da var idi”

Xamenei Reza Pəhləvini axmaq adlandırdı

İranın ali lideri Ayətullah Xamenei deyib ki, İsrail ölkəsinə qarşı müharibəyə başlayan günün ertəsi Avropa paytaxtlarından birində İslam Respublikasında yeni rejimin müəyyən edilməsi məqsədi ilə görüş təşkil olunub.
Yenixeber.org: Məlumata görə, Xamanei həmin görüşün iştirakçılarını axmaq adlandırıb.

“İran İslam Respublikasının rəhbərini əvəz edəcək şəxs axtarmaq üçün toplaşan bu axmaqlar dəstəsi arasında bir iranlı da var idi”, - ali lider o qeyd edib.

Onun sözlərinə görə, iyunun 13-də İrana hücum edilib və ertəsi gün “ABŞ-ın bir qrup qulduru Avropa paytaxtlarından birinə toplaşaraq İslam Respublikasının dəyişdirilməsi məsələsini müzakirə etməyə başlayıb”.

"Onlar İslam Respublikasından sonra İranın necə idarə olunacağını, rəhbərliyə kimin gətriləcəyini müzakirə ediblər. Hətta "şah taxtına" konkret adam da seçiblər. İranı belə zəif təsəvvür edirdilər.

Bu hücumun hakimiyyətlə xalq arasında uçurum salacağını, uğur qazanacaqlarını, sistemin zəifləyəcəyini, alçaq və pis planlarını həyata keçirə biləcəklərini düşünürdülər. İran xalqı dəyanət nümayiş etdirərək, silahlı qüvvələrlə, hökumətlə, sistemlə birlikdə bütün bunlara sarsıdıcı zərbə vurdu”, - Xamenei əlavə edib.

Ehtimallara görə, Ayətullah Xamenei “bu axmaqlar dəstəsi arasında bir iranlı da var idi” deyərkən mühacirətdə yaşayan sonuncu İran şahının oğlu Reza Pəhləvini nəzərdə tutub. Reza Pəhləvi İsrailin onu İranda hakimiyyət başına gətirəcəyini güman edirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam