Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb –YENİLƏNİB

 

İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.

Yenixeber.org xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.

Xidmət həmçinin qeyd edib ki, zərbələr nəticəsində azı altı bina dağıdılıb.

***

İranın İsrail ərazisinə qarşı son – dördüncü dalğa hücumları nəticəsində azı 13 nəfər yaralanıb.

Bu barədə İsrailin Milli Tibbi Xidməti (“Magen David Adom”) sosial şəbəkədə məlumat yayıb.

Xidmətə görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xidmət tərəfindən paylaşılmış fotoda uçmuş bina və digər dağıntılar görünür.

Əvvəllər bildirilmişdi ki, şənbə gecəsi İran hücumları nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın aldığı yaralardan keçinib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam