Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB

"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Britaniya Şurasının (The British Council) fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz elan edilib.

Yenixeber.org: Moskva müxbirimiz xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, maarif və mədəni fəaliyyət adı altında müxtəlif maarifləndirici tədbirlərin təşkili, ingilis dilinin tədrisi bəhanəsi ilə, əslində şura üzvləri Britaniyanın təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində uzunmüddətli maraq və dəyərlərini təbliğ edirlər.

“Eyni zamanda, ölkəmizdə qadağan olunmuş (ekstremist kimi tanınan) LGBT hərəkatı fəal şəkildə təbliğ olunur və dəstəklənir. Bundan əlavə, British Council “Rusiya Federasiyasının daxili və xarici siyasətini sistematik şəkildə gözdən salmaq üçün müxtəlif layihələr həyata keçirir”, - deyə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Şuranın digər məqsədinin “keçmiş sovet respublikalarının əhalisini Rusiya kimliyindən təmizləmək” olduğu bildirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda isə bildirilib ki, "The British Council"-ın Rusiya Federasiyasındakı bölməsi məcburi şəkildə bağlanıb, lakin o, başqa ölkələrin mövqelərindən öz təxribat işini vətəndaşlarımızı öz layihələrinə cəlb edərək və Rusiyaya qayıtmaq ümidi ilə davam etdirib.
Qeyd olunub ki, arzuolunmaz təşkilat statusu verildikdən sonra Britaniya Şurasının Rusiyaya qayıtmasına qadağa qoyulduğunu əminliklə söyləmək olar.
Təşkilat Rusiya Federasiyasındakı fəaliyyətini dayandırdığını elan edib və 2018-ci ildə Moskvadakı mərkəzi ofisini bağlayıb.

FTX Rusiya ilə dost ölkələrə "The British Council"-ın işini məhdudlaşdırmağı tövsiyə edib.

Bundan başqa, FTX fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz kimi tanınan Britaniya fondu Oksford Rusiya Fondunun kəşfiyyat və təxribat işini ifşa edib.

Məlumatına görə, Fond kəşfiyyat və təxribatçı fəaliyyətini Volqoqrad, Novosibirsk, Çelyabinsk və Tomsk vilayətlərinin Rusiya universitetlərinin professor-müəllim heyəti vasitəsilə həyata keçirilib.

Təhsil müəssisələrinin nümayəndələri LGBT təbliğatını aparan ədəbiyyat paylayıblar və əlaqələr şəbəkəsi vasitəsilə xüsusi hərbi əməliyyat fonunda Rusiya Federasiyasındakı siyasi və sosial vəziyyət haqqında məlumatlar əldə edilib.

FTX həmçinin bəyan edib ki, 15 rusiyalı arzuolunmaz təşkilatlarla işləməyin yolverilməzliyi barədə xəbərdarlıq alıb. Həmin maddə ilə müəllimlərdən biri inzibati məsuliyyətə cəlb edilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam