Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Putin tezisini təkrarladı:“Onlar Ukraynada dövlət çevrilişi etdilər”

“Oradakı insanları helikopterlərdən və təyyarələrdən istifadə edərək məhv etməyə davam etdilər”

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Moskvanın müharibəyə başlamağa “məcbur olduğunu” iddia etməklə Ukraynaya qarşı genişmiqyaslı işğala haqq qazandırmağa cəhd edib. O Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxışı zamanı Kiyevdəki “qanlı dövlət çevrilişi” ilə bağlı sərsəm tezisini təkrarlayıb və bu, onun fikrincə, münaqişə üçün ilkin şərt olub. Bildirib ki, Ukraynanın yeni hökuməti guya “Donbas sakinlərini helikopterlərdən və təyyarələrdən məhv etməyə” başlayıb. 

Bu barədə “The Moscowtimes” yazıb.

"Bizə hər zaman deyirdilər ki, demokratiya, seçkilər var. Onlar Ukraynada dövlət çevrilişi etdilər, vəssalam. Guya belə olmalı idi. Qanlı çevriliş idi. Və onlar Donbası yatırmağa, oradakı insanları helikopterlərdən və təyyarələrdən istifadə edərək məhv etməyə davam etdilər. İndi gedən müharibədə Rusiyanı günahkar etməyə çalışırlar”, - deyə Putin qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin fevralına qədər Rusiya Ukrayna sərhədi yaxınlığında böyük hərbi qüvvələr topladı və bundan sonra suveren dövlətin ərazisinə genişmiqyaslı müdaxiləyə başladı. İşğal Moskvanın birtərəfli qərarı olub, BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayıb və Ukraynanın hər hansı təxribatı nəticəsində baş verməyib. Eyni zamanda, hələ 2014-cü ildə Rusiya Krımı qeyri-qanuni ilhaq edib və Donbassdakı silahlı qruplara dəstək verməyə başlayıb. Bu cür hərəkətlər beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam