Rusiyanın itkiləri artır -SİYAHI
Ukrayna müharibənin 1185-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 978 700 hərbçi, 10 841 ədəd tank, 22 575 ədəd zirehli döyüş maşını, 28 165 ədəd artilleriya sistemi, 1 390 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 49 407 ədəd avtomobil texnikası, 36 945 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 895 xüsusi avadanlıq itirib