Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ukrayna ilə Zaporojye AES və Qara dəniz limanlarına çıxış –Vitkoff Ukrayna danışıqlarının detallarını açdı

"Biz bütün maraqlı Avropa ölkələri ilə müzakirələr aparırıq"
Yenixeber.org: Bunu prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff CBS News-a deyib.
"Rusların hədəf aldığını hamımızın bildiyimiz regionlar var. Orada Ukraynanı kifayət qədər elektrik enerjisi ilə təmin edən nüvə reaktoru var. Bu məsələyə toxunmaq lazımdır. Limanlara çıxış. Qara dənizlə bağlı potensial razılaşma. Atəşkəsin həyata keçirilməsi üçün o qədər çox element var ki...",-deyə S.Vitkoff bildirib.
O, həmçinin qeyd edib ki, bəzən Ukraynadakı münaqişə ilə Qəzza zolağındakı vəziyyəti müqayisə edir və Qəzzanın “məhdud, müəyyən edilmiş məkan” olduğunu vurğulayır:
"Beləliklə, Ukrayna böhranı daha çətin vəziyyətdir və buna baxmayaraq, heç kim təslim olmur. Bütün maraqlı tərəflər, o cümlədən avropalılar, uğurlu nizamlanma üçün lazım olan hər şeyi etməyə sadiqdirlər”.
Vitkoff CNN-ə müsahibəsində isə qeyd edib ki, ABŞ Ukraynada nizamlanma məsələsində Böyük Britaniya, Norveç, Fransa, Finlandiya və digər Avropa ölkələri ilə əlaqə saxlayır: "Biz bütün maraqlı Avropa ölkələri ilə müzakirələr aparırıq. Bunlar Fransa, Böyük Britaniya, Norveç, Finlandiya və digərləridir".(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam