Redaktor seçimi
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
Günün xəbəri

Kiyev üçün 3-cü “qırılma”:Britaniya sürətlə oyuna girdi

Ukrayna məsələsində həlledici ölkə - Böyük Britaniya “qırılma nöqtəsi”ndə yenidən ortaya çıxır. Londonda Ukrayna üzrə ötən gün keçirilən Avropa sammiti Britaniyanın prosesə müdaxilə gedişidir. Daha öncə iki “qırılma nöqtəsi”ndə London hadisələrin inkişafına təsir edə bilib.

Yenixeber.org: Birincisi, müharibənin başlandığı ilk günlərdə idi: Qərbdə Kiyevin bir neçə günə təslim olacağını düşünür, hətta Zelenskiyə şəhəri tərk etməyi tövsiyə edirdilər; həmin vaxt baş nazir olan Boris Conson Kiyevə ilk səfər edən lider kimi ABŞ da daxil olmaqla, Qərbin Ukraynaya dəstəyini təmin etdi;

İkincisi, İstanbul danışıqları idi: Rusiyanın tələblərinin böyük ölçüdə nəzərə alındığı razılaşmalar layihəsini sıradan çıxaran və Ukraynanın müqavimətini gücləndirən də Britaniya idi.

Consunun üzləşdiyi kabinet böhranı və istefasında Ukrayna müharibəsinin gedişatına təsir etməsinin də rol oynadığı ehtimallar arasında olub. Xüsusilə bunun ABŞ-ın maraqlarına uyğun olaraq, NATO-nun Çini rəsmi şəkildə rəqib elan etdiyi 2022-ci il Madrid sammitindən sonra baş verməsi diqqətçəkən idi. Çünki müharibənin başlanmasında ABŞ və Britaniyanın maraqları uzlaşsa da, necə bitməsində toqquşur. Vaşinqton Avropa və Çin hədəfinə nail olduqdan sonra müharibənin Rusiyanın mövqeyinin nəzərə alınması çərçivəsində bitməsini, London Rusiyanın güc kimi sıradan çıxmasına nail olunduqdan sonra başa çatmasını istəyib. Trampın gəlişi ilə ABŞ-ın bu planı sürətli şəkildə işə salındı. Və Ukrayna üçün yaranan üçüncü “qırılma nöqtəsi”ndə Britaniya yenidən aktiv oyunçu kimi proseslərə daxil olur.

              London oyunu dəyişə biləcəkmi?

Mövcud şərtlərdə bu, o qədər də asan görünmür:

1. Britaniya daha öncə Ukrayna müharibəsində ABŞ-la uzlaşma nöqtələri tapa bilmişdi, bu dəfə kəskin ziddiyyətlər ortaya çıxıb: ABŞ olmadan Avropanı birləşdirmək və hadisələrə yön vermək asan deyil, xüsusilə Vaşinqtonun əks-cəbhədə yer alması fonunda.

2. Avropanın vahid mövqedən çıxış etməsi, yaxud nəzəri olaraq verilən qərarların praktiki müstəvidə tətbiqi perspektivləri sual altındadır: ABŞ da bu birliyə qarşı rıçaqlarından istifadə edə bilər, o cümlədən, Rusiyanın da AB daxilində təsir imkanları qalır;

3. Ukrayna masasında bir araya gələn Britaniya, Fransa və Almaniyanın geosiyasi maraqları arasındakı fərqlər hadisələrin inkişafına təsir edə bilər;

4. Avropanın hərbi xərcləri lazımi səviyyədə artırmaq imkanlarına şübhə ilə yanaşılır.

London sammiti “Ukraynaya hərbi yardımın davam etdirilməsi və sülh danışıqlarına sadiq qalınması” qərarı ilə yekunlaşıb. Lakin Britaniya Baş naziri Starmer başda olmaqla, avropalı liderlər çıxışlarında “ABŞ-la vahid mövqedən çıxış etməyin” vacibliyini qeyd ediblər. Avropa Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, nə qədər çətin olsa da, Trampın mövqeyini dəyişdirməyə çalışacaq.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam