Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Tramp: ABŞ "Qəzza zolağını götürməyə" və onu təmizləməyə hazırdır

 

ABŞ "Qəzza zolağını götürməyə" və bu anklavı təmizləməyə hazırdır.

Yenixeber.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.

"ABŞ Qəzza zolağını götürəcək və biz onunla məşğul olacağıq. Biz ona sahib olacağıq və bütün təhlükəli, partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsi üçün məsuliyyət daşıyacağıq, ərazini təmizləyəcək, dağılmış binaları aradan qaldıracaq, orada yaşayan insanlar üçün sonsuz sayda iş yerləri və evlər yaratmağa imkan verəcək iqtisadi inkişafa töhfə verəcəyik", – Amerika lideri söyləyib.

"Kiminlə danışıramsa, ABŞ-nin bu torpaq parçasına sahib çıxması, onu tikməsi və minlərlə iş yeri yaratması fikrini dəstəkləyir", – Tramp vurğulayıb.

Onun fikrincə, "bununla bütün Yaxın Şərq fəxr edə biləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam