Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakıda “Rus Evi”nə nəzarəti gücləndirildi -SƏBƏB

bakida-rus-evine-nezareti-guclendirildi

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları “Rossotrudniçestvo”nun Bakıdakı “Rus Evi”nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.

Yenixeber.org: Məlumata görə, “Rus Evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün “Rus Evi” fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki, Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.

Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur - “Rus evi” Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.

Rəsmi olaraq “humanitar layihələr” və “yumşaq güc”lə məşğul olsa da, əslində “Rus Evi”nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.

“Rossotrudniçestvo”ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda “Rossotrudniçestvo” çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, “Rus Evi”nin və “Rossotrudniçestvo”nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.(“Minval”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam