ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılmasına dair çağırış edib.
Yenixeber.org: Məlumata görə, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.
“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- Tramp qeyd edib.