Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Amerikalı diplomat “Türkiyəsiz olmaz” deyir:Tramp bir an belə yubanmadan Ərdoğana zəng etməlidir

ABŞ-nin ən parlaq siyasətçilərindən biri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Haley Türkiyənin regional məsələlərin və münaqişələrin həllində rolundan danışıb.

Yenixeber.org: Məlumata görə, Nikki Haley ABŞ-nin yeni i prezidenti Donald Trampa bir sıra tövsiyələr verib.

Tramp Ukrayna problemini həll etmək istəyirsə, bir an belə yubanmadan telefonu əlinə alıb Türkiyəyə, Ərdoğana zəng etməlidir. Türkiyənin Ukraynanın yanında olması bizim şansımızdır”.

Amerikalı siyasətçi hesab edir ki,  Trampın gündəliyinin birinci bəndi hazırda İrandır: “İran probleminin həlli də Türkiyənin iştirakı olmadan mümkün deyil. 

ABŞ-nin və İsrailin strateji hədəfi İranda rejim dəyişikliyinə nail olmaq, İsrail dövlətinin məhvini və ABŞ düşmənçiliyini İranın mövcudluq fəlsəfəsinə çevirən, qonşu dövlətlərə terror və cəhalət ixrac edən gerilikçi zehniyyətdən qurtulmaqdır. 

Yalnız İranın nüvə obyektlərini vurmaqla, bu məqsədə ulaşmaq mümkün deyil. İranda rejim dəyişikliyinin gerçəkləşməsi üçün daxili faktor- xalq ayaqlanması zəruri şərtdir.

Bu ayaqlanmaların öncə qadın haqları, azadlıq şüarı ilə başlasa da, sonradan etnik müstəviyə keçib daha qalıcı və permanent xarakter alacağı ən ağlabatan ehtimaldır. Bu zaman isə yenə də Türkiyəsiz olmayacaq. 

Suriya hadisələrində olduğu kimi İranda da zəmini İsrail hazırlayacaq, ABŞ dəstək verəcək, lakin sahədə işin ən ağır qismi Türkiyənin üzərinə düşəcək. 

Suriyadan sonra İranı da itirən Rusiyanın müqavimət gücü qalmayacaq. Əlbəttə, Rusiyanın iqtisadi böhran yaşaması, Ukraynanın savaşda dirənişinin davam etməsi, Qərbin dəstəyinin azalmaması kimi faktorları də nəzərə almaqla”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam