Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ərdoğan bu dövlətləri barışdırdı -səkkiz aylıq prosesdən sonra


Somali və Efiopiya arasında yaranan böhran gərgin diplomatik danışıqlardan sonra prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Ankarada həllini tapıb.
Yenixeber.org: TRT xəbər verir ki, Ərdoğan prezident iqamətgahında Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədlə birgə mətbuat konfransı keçirib.
“Somali və Efiopiyanın ölkəmizə olan etimadı sayəsində təxminən səkkiz ay əvvəl başladığımız Ankara prosesində mühüm mərhələyə çatdıq. Beləliklə, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıca doğru ilk addımı atdıq”, - deyə Ərdoğan bildirib.
Ərdoğan may ayından bəri tərəflərin razılığı ilə xarici işlər nazirlərinin iki dəfə Ankarada, bir dəfə isə Türk Evində görüşü olduğunu bildirib. O, bu üzbəüz görüşlərdən əlavə dəfələrlə telefon əlaqələrinin də olduğunu qeyd edib.
“Hər iki ölkənin dəyərli töhfələri ilə biz bu gün razılaşdığımız birgə bəyannamə mətnini hazırlamışıq. Bu birgə bəyannamədə keçmişə deyil, gələcəyə diqqət yetirilir və bizim üçün çox vacib olan bu iki dost ölkənin bundan sonra quracağı prinsiplər qeyd olunur”, - Ərdoğan ifadə edib.
“Ümid edirəm ki, razılaşdırılmış birgə bəyanat regionda hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və rifahın təməlini qoyacaq”, - Türkiyə lideri əlavə edib

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam