Gürcüstan Prezidenti istintaqa çağırıldı – SƏBƏB
Gürcüstan prokurorluğu Prezident Salome Zurabişvilini dindirməyə çağırıb.
Yenixeber.org: Yerli medianın yaydığı məlumata görə ki, dövlət başçısı 26 oktyabrda keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığı barədə dediklərinə görə ifadə verəcək.
Xatırladaq ki, Zurabişvili seçkilərin hakimiyyət orqanları tərəfindən total şəkildə saxtalaşdırıldığını bəyan edərək nəticələrini tanımaqdan imtina edib. O, əhalini etirazlara çağırıb, ilk mitinq oktyabrın 28-də baş tutub.
Salome Zurabişvili əsas müxalifət qüvvələrinin birləşdiyi 4 partiya ilə birgə hərəkət edir.