Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? -Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU

 

“Ən yaxşı diplomat” düşmənə necə çevrildi? - Rusiyanı məğlub edən qadının SİYASİ OLİMP YOLU

28 noyabr Gürcüstan tarixində ilklərə daha biri əlavə olundu. Salome Zurabişvili səslərin 59,56 faizini toplayaraq ölkə tarixində ilk qadın prezident adını qazandı.

Yenixeber.org: Zurabişvilinin həyatı və siyasi karyerası ilə bağlı yazını təqdim edirik.

Salome Zurabişvili 1952-ci il martın 18-də gürcü siyasi mühacirlərin – 1921-ci ildə Gürcüstanı tərk etməyə məcbur olan Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində Parisdə doğulub. Onun ata babası İvan Zurabişvili 1918-1921-ci illərdə müstəqil Gürcüstanın menşevizm hökumətinə daxil idi.

Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini qurtarıb. O, 1974-cü ildən Fransanın Xarici İşlər Nazirliyinin sistemində işləyib. 1974-1977-cü illərdə İtaliyada Fransa səfirliyinin üçüncü katibi, 1977-1980-ci illərdə isə BMT-də Fransanın daimi missiyasının ikinci katibi olub.

1980-ci ildə 1984-cü ilə qədər xarici siyasət idarəsinin mərkəzi aparatının proqnozlaşdırma və analiz mərkəzinin əməkdaşı, 1984-1988-ci illərdə ABŞ-da Fransa səfirliyinin birinci katibi, 1989-1992-ci illərdə Çadda səfirlikdə ikinci katib postunu tutub.

1992-ci ildə NATO-da Fransanın daimi missiyasının birinci katibi, 1993-cü ildə Avropa İttifaqında fransız daimi nümayəndəsinin müavini təyin edilib. 1997-ci ildən Fransanın Xarici İşlər Nazirliyinin inspektoru, 1998-2001-ci ildən isə nazirliyin strategiyalar, təhlükəsizlik və silahsızlaşdırma məsələləri üzrə idarəsində işləyib. 2001-ci ildə Fransanın milli müdafiə üzrə Baş katibliyinin beynəlxalq məsələlər və strategiya üzrə rəhbəri təyin edildi. 2003-cü ildə Zurabişvili Gürcüstanda Fransanın fövqəladə və səlahiyyəti səfiri təyin olunub.

2004-cü ilin martında “Qızılgül inqilabı”nın lideri Mixail Saakaşvili Zurabişvilini Tedo Caparidzenin yerinə Gürcüstanın xarici işlər naziri təyin edib. Saakaşvili bu qərarı Fransız prezidenti Jak Şırakla müzakirə edən zaman “Gürcüstanda belə diplomat heç vaxt olmayıb” demişdi. Zurabişvili özü KİV-ə bildirmişdi ki, vəzifəni tutmağa dərhal razılaşdı və gürcü diplomatik xidmətinə başçılıq etməyi uşaqlıqdan arzulayırdı.

Zurabişvili xarici işlər naziri postunda əsas müvəffəqiyyətlərindən biri kimi Rusiya hərbi bazalarının ölkəsindən çıxarılması haqqında qərarın qəbul olunmasını hesab edirdi. O, öz çıxışlarından birində, hətta bunu tarixi nailiyyət hesab etdi. Nazir həmçinin bildirirdi ki, Gürcüstan bundan sonra ölkə ərazisində xarici hərbi bazaları yerləşdirməyə hazırlaşmır, ancaq Rusiya ilə razılaşmada bu bənd yer almayacaq, çünki bu, onun müstəqilliyini məhdudlaşdıracaq.

Nəticədə, 2005-ci ilin martında gürcü parlamenti qətnaməni qəbul etdi ki, Rusiya hərbçiləri 2006-cı ilin yanvarından gec olmadan Gürcüstanı tərk etməlidir.

Ancaq 2006-cı ilin martında (artıq Zurabişvili Xarici İşlər Nazirliyinin başçısı postunu tərk etmişdi) Rusiya hərbi bazasının 2008-ci ilin sonuna kimi Gürcüstan ərazisindən çıxarılması haqqında güzəştli Rusiya-Gürcüstan razılaşmaları imzalandı.

2005-ci il oktyabrın 2-də Zurabişvili nazir postundan çıxarıldı. O, daha əvvəl “Rustavi-2” telekanalının efirində parlamentdə əksəriyyətə malik olan “Vahid Milli Hərəkat” partiyasını ittiham etdi və şəxsən parlament sədri Nino Burcanadzeni ölkədə “qəbilə diktaturası” qurmaq cəhdində günahlandırdı. Müşahidəçilərin fikrincə, Zurabişvili və Burcanadze arasında münaqişə onunla bağlı idi ki, Xarici İşlər Nazirliyinin başçısı parlamentin göstərişlərini yerinə yetirən səfirlərin bütün işini özünə tabe etməyə çalışırdı. Nəticədə, Zurabişvili bir sıra diplomatları geri çağırdıqdan sonra, Burcanadze onu səriştəsizlikdə ittiham etdi.

Zurabişvili 2006-cı ilin martında “Gürcüstan Yolu” Partiyasını yaratdı və ona başçılıq etdi. Partiya proqramından danışan Zurabişvili “real və effektiv demokratiya”ya, həmçinin tarixdə bəraət qazandırılan gürcü dəyərlərinə yönəlməyi təklif edirdi. O, ABŞ-ı Gürcüstanın əsas xarici siyasət partnyoru adlandırdı. Eyni zamnada, Rusiya ilə münasibətlərin normallaşması ehtiyacı haqqında danışırdı.

2006-cı ilin sentyabrında on müxalifət partiyası - “Gürcüstan Yolu” və Konstantin Qamsaxurdiyanın “Azadlıq" partiyası, həmçinin münaqişələrinin nizama salınması üzrə Gürcüstanın keçmiş dövlət naziri, Georgi Xaindrava prezident Saakaşviliyə qarşı koalisiyanı formalaşdırdılar. 2007-ci il noyabrın 2-də gürcü parlamentinin binası qarşısında kütləvi etiraz aksiyası keçirildi. Mitinq iştirakçıları Saakaşvilinin istefasını, növbədənkənar seçkilərin keçirilməsini və siyasi dustaqların azad olunmasını tələb etdilər.

12 noyabr 2007-ci il birləşmiş müxalifətin Milli Şurası 2008-ci ilin yanvarına təyin edilmiş növbədənkənar prezident seçkilərində deputat və iş adamı Levan Qaçeçiladzeni vahid namizəd kimi seçdi. Qaçeçiladze qələbə qazanacağı halda prezident postunu ləğv edəcəyinə və bütün hakimiyyəti baş nazirə verəcəyinə söz verdi. Baş nazir vəzifəsini isə Zurabişvili tutmalı idi. Lakin 2008-ci ilin yanvarında Saakaşvili ikinci müddətə yenidən seçildi.

2010-cu ilin noyabrında Zurabişvili partiyada liderliyi Kax Seturidzeyə verərək gürcü siyasətindən getdiyini elan etdi. Onun sözlərinə görə, bu qərarı Gürcüstanda demokratiyanın olmadığına və müxalifət ölkədə işləyə bilməyəcəyinə əmin olduqdan sonra qəbul etdi.

Amma onun siyasətdən uzaq qalması çox çəkmədi. 2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd oldu, amma ikili vətəndaşlığına (Fransa və Gürcüstan) görə qeydiyyata alınmadı. Zurabişvili seçkilərdə iştirak etmək üçün bu ilin avqustunda Fransa vətəndaşlığından imtina etdi.

Lakin o, 2018-ci il oktyabrın 28-də keçirilən prezident seçkilərinə müstəqil namizəd kimi qatıldı. Hakim “Gürcü arzusu” Partiyasının sədri milyarder Bidzina İvanişvili də daxil olmaqla, partiya rəhbərləri seçkilərdə Zurabişvilini dəstəkləyəcəyini bəyan etdilər.

Fransız və gürcü dillərindən başqa, rus, ingilis, alman və italyan dillərini bilir. Fransada siyasi sığınacaq almış sovet dissidenti və jurnalisti, müstəqil Gürcüstanda jurnalist karyerasını davam etdirən Janri Kaşiya ilə evlənib. Onların Teymuraz adlı oğlu və Ketevani adlı qız övladları var. Janri Kaşiya isə 2013-cü ildə Parisdə vəfat edib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam