Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan:namizəd ərazidən qovula bilər

9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarov çətin durumdadır.

Yenixeber.org: Bunun səbəbi, yenidən eyni dairədən deputatlıq eşqinə düşən K.Qafarovun seçiçilər arasında nüfuzunun olmamasıdır. Əksər seçicilərin isə K.Qafarov adlı deputatın varlığından xəbəri belə yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə “susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir.

Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Mənbənin AzToday.az-a bildirdiyinə görə monopolist deputat artıq ciddi problemlərlə üzləşməkdədir. Belə ki, imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub.

Düzdür, Kamaləddin Qafarov inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib, amma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam