Ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin elan olunması fonunda cənub rayonlarında meşələrin məhv olunması prosesi daha da intensivləşib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatlara görə, meşə təsərrüfatını mühafizə etməli olan qurumların rəhbər şəxsləri merkantil maraqlarını güdərək, nadir ağac növləri ilə zəngin olan cənub meşələrini məhv edirlər.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən tapşırıq əsasında bu qanunsuzluqları etməkdədir. Bu məsələdə nazirliyin Meşələrin Mühafizəsi və İnkişafı Departamentinin rəhbəri Ağaqardaş Qaraşovun və nazir müavini Firdovsi Əliyevin adı xüsusi ilə hallanır.

AzToday.az-a daxil olan məlumatlarda qeyd olunur ki, cənub rayonlarının meşələri ilə bağlı vəziyyət o həddə çatıb ki, hətta ekologiya işçilərinin əksər hissəsi kütləvi şəkildə ağacların kəsilməsinə etiraz etiraz edirlər. Ən dəhşətli məqam isə müşə qırıntıları ilə bağlı şikayət edən vətəndaşlara hədə-qorxu gəlinməsi ilə bağlıdır. Belə ki, ekologiya naziri Muxtar Babayevə və aidiyyati dövlət qurumların edilən müraciətlərdən sonra şikayətçilərə təzyiqlər olunub.

Şikayətlərdə həmçinin bildirilir ki, Lerik, Lənkəran, Yardımlı, Cəlilabad və Masallı meşələrindən mebel sexlərinə də işlik materiallar daşınır.

Cəlilabaddan daxil olan məlumatlarda bildirilir ki, Cəlilabad Meşəbəyliyinin 9, 11, 12, 13 saylı meşə dolaylarının hamısında bu günlərdə qırıntılar olub.

Həmin görüntüləri təqdim edirik:

Yardımlı meşələrində isə bu günlərdə həyata keçirilən qırıntıları gizlətmək üçün kəsilən ağac kötüklərini yandırmaqla izi itirməyə çalışıblar:

Lerik meşələrində isə vəziyyət daha dözülməzdir. Belə ki, Lerik meşələrindən hətta Bakıya və xarici ölkələrə də da işlik materialların daşındığı bildirilir. 

Elmidar Əliyev: (aztoday.az)