Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı -Qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb...

Dünən keçmiş deputat, ləğv olunmuş "Debüt Bank"-ın mərhum sədri Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb.

Yenixeber.org: Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, R. Qəribov 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. Rayonda iri biznes sahibi olan iş adamı qısa müddətdə imzaları və sənədlərini DSK-ya təqdim edib. Amma komissiya sədri iş başında olmadığına görə sənədlər qəbul olunmayıb. DSK sədri xəstəxanada, sistem altında olduğunu biıdirib və gün ərzində DSK-ya gələ bilməyəcəyini deyib.

Bundan qəzəblənən Rəşad Qəribov işçilərini və qohumlarını seçki komissiyasının ətrafına toplayaraq, imzalarının qəbul edilməsini tələb edib. Nəticədə, 300-ə qədər Kürdəmir sakini DSK-nın qarşısına yığılıb və əraziyə polis əməkdaşları cəlb edilib.

Daha sonra R. Qəribovun göstərişi ilə toplaşanlar evlərinə dağılışıb.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam