Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

NATO Çini açıq təhdid etdi -SƏBƏB

Çin NATO-nu gəzən müharibə maşını adlandırdı

NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çinin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırılması qütblər arasında gərginliyi artırıb. Şimali Atlantika Bloku Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. NATO tarixində ilk dəfədir ki, Çinin ünvanına bu qədər sərt fikirlər səsləndirilib.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ekspertlər bəyanatda Çinin Rusiyaya artan dəstəyinin baha başa gələcəyi ilə bağlı Pekinin ünvanına gizli təhdid olduğu qənaətindədirlər:

“Bu cür bəyanatdan və çağırışdan sonra əksinə, Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək. Pekin Vaşinqtonun və Brüsselin bu kimi təzyiqlərindən geri çəkilən deyil. Təsadüfi deyil ki, Pekindən NATO-nun ünvanına təxminən bu cür açıqlamalar göndərilib: “Gedin, işinizlə məşğul olun!” Bu o deməkdir ki, Rusiya ilə bacara bilməyən hərbi təşkilat Çinə dilə uzatmasın.

NATO Çinə qarşı nə edə bilər? Birincisi, təşkilat özünün məsuliyyət zonasına daxil olmayan Hind və Sakit okean bölgəsində fəallığını artıracaq, Çinə qarşı yeni bloklar formalaşdıracaq. Misal üçün NATO Yaponiya ilə sıx əlaqələr qurub, təşkilatın Tokioda ofisi fəaliyyətə başlamalıdır. İkincisi, NATO üzvləri Çinə qarşı iqtisadi alətləri işə salıblar, Çin məhsullarına gömrük rüsumları artırılıb. Bütün bunlar Pekini çəkindirmir. Küncə sıxılan Çin Rusiya ilə birgə antiqərb blokunu gücləndirməyə çalışacaq”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam