Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək-TƏCRÜBƏ

Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.

Yenixeber.org: Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək.

Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və “Langerhans adacıqları” kimi tanınan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Transplantasiya edilmiş “Langerhans adacıqları”nın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün bu hüceyrələr 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək. Şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insan qanına insulin daxil olacaq.

Xatırladaq ki, bu il Yaponiya müvəffəqiyyətlə geni dəyişdirilmiş donuz yetişdirib. Onun orqanları gələcəkdə orqanizm tərəfindən rədd edilmədən köçürülə bilər.

Həmçinin, cərrahlar dünyada ilk dəfə donuz böyrəyini canlı xəstəyə uğurla köçürüblər.(“Yomiuri”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam