Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Orqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş -SİYAHI

 

Qida allergiyası çox vaxt uşaqlıqda başlayır və həyat boyu davam edir. Bu, qusma, qaşınma, başgicəllənmə, öskürək, boğazda şişkinlik, nəfəs darlığı, astma tutması və s. müxtəlif simptomlarla müşahidə olunur.

Yenixeber.org: Bu barədə rusiyalı yüksək kateqoriyalı terapevt Svetlana Yakuşkina allergiya yaradan məhsullar barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ən təhlükəli allergik reaksiya anafilaktik şokdur (qan təzyiqinin düşməsi və huşun itirilməsi) - təcili tibbi müdaxilənin göstərilməməsi ölümlə nəticələnə bilər.

Allergen məhsullara gəlincə isə ekspert onların ağırlıq dərəcələrinə görə üç qrupa - güclü, orta və zəif təsir edənlərə bölündüyünü vurğulayıb.

“Ən güclü allergenlər bunlardır: inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları, yumurta”, - deyə mütəxəssis bildirib.

O, həmçinin qeyd edib ki, bəzi peyvəndlər toyuq zülalı əsasında hazırlanır və zülala qarşı allergiya varsa vaksinasiya zamanı həkimə xəbərdarlıq etmək lazımdır.

Həkim termik işlənmənin (bişmə) bəzi məhsulların allergenliyini azaltdığını vurğulayıb.

Güclü allergenlərə həmçinin qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, tropik meyvələr, qırmızı giləmeyvə, çiyələk, moruq, sarı və qırmızı tərəvəzlər (yerkökü, pomidor, çuğundur), şokolad, qəhvə, kakao, taxıl məhsulları, xüsusən də buğda və çovdar (qlüten) aid edilib. 

“İstənilən məhsul allergen ola bilər, lakin hər kəsdə allergiya olmur. Bədənin reaksiyası məhsulun allergenlik dərəcəsindən, immunitet sisteminin vəziyyətindən və irsi meyilindən asılıdır”, - deyə Yakuşkina qeyd edib.

Mənbə: Gazeta.ru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam