HƏMAS-ın 30 faizi məhv edilib
Qəzza zolağında 100 gündən çox əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 30 faizə qədərini məhv edib.
Yenixeber.org: Bu barədə ABŞ kəşfiyyat agentliklərinin hesablamalarında məlumat yayılıb.
“Bu rəqəmlər hərəkatı məhv etmək üçün İsrailin məqsədlərindən hələ də uzaqdır. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl ABŞ kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi. HƏMAS hələ də İsrailə və Qəzzada İsrail əsgərlərinə hücumu bir neçə ay davam etdirmək üçün kifayət qədər sursata malikdir”, - məlumatda bildirilib.(“Uoll Strit Jurnal”)