Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Namizədlərə bu KİV-lərdə yer ayrılacaq -SİYAHI

Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yerin ayrılacağı  KİV-lər açıqlanıb - SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə əlaqədar 5 KİV-də ödənişsiz efir vaxtı və dərci üçün yer ayıracaq.

Yenixeber.org: MSK-nın yaydığı xəbərə görə, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

İctimai Televiziya və Radio Yayımları Şirkəti;

“Azərbaycan” qəzeti;

“Xalq qəzeti”;

“Respublika” qəzeti;

“Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam