Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Türk dünyasının geoiqtisadi xəritəsi hazırlanacaq

Türk dünyasının geoiqtisadi xəritəsi hazırlana bilər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini icra edən Ayhan Satıcı Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə iştirak edib.
Yenixeber.org: İİTKM-dən bildirilib ki, A.Satıcı görüş çərçivəsində İİTKM-in türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması ilə bağlı təklifini İşçi qrupun üzvlərinin diqqətinə çatdırıb, layihənin videoqrafikini TDT-nin Katibliyinə təqdim edib. Təklif İşçi qrup və Katiblik tərəfindən müsbət qarşılanıb və növbəti ilə qədər layihənin reallaşdırılması tövsiyə olunub.
O, İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun görüşündə TDAM-ın fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən 2022-ci ilin əvvəlindən etibarən 8 dildə rüblük çap olunan “Türk iqtisadiyyatı icmalı” barədə məlumat verib.
İşçi qrupun görüşündə həmçinin TDT-nin Ticarətin Asanlaşdırılması Komitəsinin 2023-2024-cü illər üçün Fəaliyyət Planının yekunlaşdırılması, TDT-ə üzv ölkələr arasında “Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi” layihəsinin qəbulu, “Türk Ticarət Evləri” layihəsinin həyata keçirilməsi, Turan Xüsusi İqtisadi Zonasının – TURANSEZ-in yaradılmasına dair konseptual sənədin təsdiqi və gələcək birgə fəaliyyətə dair digər məsələlər müzakirə edilib.
Görüşdə İİTKM-in TDT ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da ilkin təqdimatı keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam