Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya terrorizmin sponsoru kimi tanındı

ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət, “Vaqner” Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb.

Yenixeber.org: Bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bununla bağlı ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən sessiyasında yekun bəyannamə qəbul edilib:

“Sənəddə Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. ATƏT PA üzv dövlətləri aşağıdakıları aydın şəkildə tanıyan beynəlxalq normaları gücləndirməyə çağırır: “Vaqner” Xüsusi Hərbi Şirkətinin terror xarakteri və onun hərəkətləri, habelə Rusiyanın bu terror təşkilatının dövlət himayədarı kimi məsuliyyəti. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”.

Bundan əvvəl ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında Rusiya Federasiyasının Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunalın yaradılması haqqında qətnamə qəbul edilib.(“RBC Ukraina”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam