Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Priqojindən YENİ XƏBƏR var -“Tezliklə cəbhədə yeni qələbələr görəcəksiniz” 

tezlikle-cebhede-yeni-qelebeler-goreceksiniz

“Tezliklə siz cəbhədə yeni qələbələr görəcəksiniz”.

Yenixeber.org: Bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin hərbi şirkətin sosial media hesabında bildirib.

“Ədalət üçün yürüşümüz xainlərlə mübarizə və ictimaiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə nail olmuşuq. Əminəm ki, tezliklə cəbhədə yeni qələbələrimizi görəcəksiniz”, - deyə o vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam