Avropa İttifaqı Rusiyanın 9 vətəndaşına qarşı sanksiya tətbiq edib. Onların arasında ədliyyə nazirinin müavini Oleq Sviridenko, həmçinin dörd hakim də var. Aİ onları insan haqlarını pozmaqda şübhəli bilir.
Yenixeber.org: “Qara siyahı”ya düşən rusların Avropa İttifaqına girişi qadağan edilib və onların Aİ-də tapılacağı təqdirdə aktivləri dondurulacaq.
Həmçinin iyunun 5-də ABŞ Maliyyə Nazirliyi Rusiya kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilən və Moldovada vəziyyətin sabitliyini pozmaqla məşğul olan 7 Rusiya Federasiyası vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Kaluqada bir dulusçuluq emalatxanası Amerika məhdudiyyətləri altına düşüb.