Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ərdoğanın yeni komandasında olanlar... - DOSYE

Ərdoğanın yeni komandasında kimlər var... - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Yenixeber.org: Hökumətdə təmsil olunan bəzi nazirlərin tərcümeyi-halını təqdim edirik:

Vitse-prezident Cevdet Yılmaz - 1967-ci ildə anadan olub və Orta Doğu Texniki Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsini bitirib. 1989-cu ildə Dövlət Plan Təşkilatında işə başlayan Yılmaz Türkiyə parlamentinin 23, 24, 25, 26 və 27-ci çağırış deputatı olub. Zaza əsilli türk siyasətçi bundan əvvəl bir neçə hökumətdə müxtəlif vəzifələrdə çalışıb.

Xarici işlər naziri Hakan Fidan - 55 yaşlı siyasətçi bundan əvvəlki hökumətdə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib. Bakalavr təhsilini ABŞ-ın Merilənd Universitetində tamamlayan Fidan Almaniyadakı NATO Çevik Hərəkət Korpusunun Baş Qərargahında işləyib. 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışan siyasətçi 2003-cü ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) rəhbərlik edib. 25 may 2010-cu il tarixində MİT rəhbəri təyin edilən Hakan Fidan bu vəzifəni icra edən ən gənc siyasətçi olub. 

Milli müdafiə naziri Yaşar Gülər - Türkiyə Silahlı Qüvvələrinin generalı Güler 2018-ci ilin iyul ayında Hulusi Akarı əvəz edərək Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi vəzifəsini tutub. 1954-cü ildə anadan olan general Türkiyə ordusunda müxtəlif vəzifələrdə çalışıb.

Maliyyə naziri Mehmet Şimşek - 2009-2015-ci illərdə maliyyə naziri olan Şimşek 56 yaşındadır. Bakalavr təhsilini Ankara Universitetində, magistr təhsilini isə Britaniyanın Ekzeter Universitetində tamamlayıb. "Emerging Markets" jurnalı tərəfindən 2013-cü ildə Avropanın ilin maliyyə naziri seçilən iqtisadçı bir müddət ABŞ-da və Avropada işləyib. 2016-cı ildə baş nazirin müavini təyin edilib, yeni hökumətdə İqtisadi Koordinasiya Şurasına sədrlik edib, daha sonra bu vəzifədən azad edilib. Türkiyə parlamentinin 23, 24, 25 və 26-cı çağırışında deputat olan siyasətçi maliyyə bazarlarında çox müsbət qarşılanır. 

Daxili işlər naziri Ali Yerlikaya – 1968-ci ildə anadan olan Ali Yerlikaya İstanbul şəhərinin valisidir. İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin məzunu olan siyasətçi əvvəllər Daxili İşlər və Səhiyyə Nazirliklərində işləyib. Yerlikaya İstanbuldan əvvəl Şırnak, Ağrı, Tekirdağ və Qaziantep şəhərlərinə rəbərlik edib. 

Enerji və təbii sərvətlə naziri Alparslan Bayraktar - Bakalavr təhsilini İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsində tamamlayıb. 48 yaşlı siyasətçi Bilkənd Universitetinin hüquq fakültəsinin iqtisadiyyat hüququ və Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə malikdir. 2016-2018-ci illər arasında Enerji və Təbii Sərvətlər Nazirliyində müşavir müavini, daha sonra nazir müavini vəzifələrində çalışıb.

Ticarət naziri Lütfi Elvan - 1962-ci ildə anadan olub. 1983-cü ildə İstanbul Texniki Universitetinin mədənçilik fakültəsini bitirib. 1989-cu ildə Böyük Britaniyanın Lids Universitetində, 1995-ci ildə ABŞ-ın Delaver Universitetində magistr təhsili alıb. Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26 və 27-ci çağırışında deputat olan Elvan 2021-2020-ci illərdə maliyyə və xəzinə naziri vəzifəsində çalışıb. Daha əvvəlki hökumətlərdə nəqliyyat, dənizçilik və rabitə naziri, inkişaf naziri və baş nazirin müavini olub.

1251796


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam