Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrana qarşı növbəti sanksiya tətbiq edildi

İrana qarşı yeni SANKSİYALAR
Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Yenixeber.org: Bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“İcazənizlə konkret qərardan - insan haqlarının pozulmasına görə İrana qarşı səkkizinci sanksiyalar paketinin tətbiqindən başlayım”, - deyə o, çıxışında bildirib.

Bazar ertəsi Aİ ölkədə insan haqlarının pozulmasına görə İrana qarşı sayca səkkizinci sanksiyalar paketini tətbiq edərək 5 nəfəri və 2 təşkilatı “qara siyahı”ya əlavə edib.

“Qara siyahı” ya salınmış bütün fiziki və hüquqi şəxslər ölkədə etirazların yatırılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam