Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İki nəfər seçki məntəqəsində infarkt keçirdi

Türkiyədə qadın seçki kabinəsində infarkt keçirib ÖLDÜ
      Rize və Trabzonda seçki məntəqəsində infarkt keçirən iki nəfər həyatını itirib.
Yenixeber.org: Əldə edilən məlumata görə, məntəqədə seçki qutularına nəzarət edən Şeref Kurt vəzifə başında olarkən infarkt keçirib. O, xəstəxanaya aparılsa da, həyatını qurtramaq mümkün olmayıb.
Digər ölüm hadiəsi isə Trabzaonda baş verib. Səsverməyə gələn 75 yaşlı Aysel Ulusay seçki məntəqəsində səsə verən zaman keçinib.
Qeyd edək ki, Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərinə start verilib. Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq. Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam