Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kolumbiya mətbuatı erməni cinayətlərindən yazdı

Kolumbiyanın “Al Press” xəbər agentliyi Ermənistanın hərbi cinayətlərindən yazıb. 

Yenixeber.org: Azərbaycanın Meksikadaki səfirliyindən verilən məlumata görə, “Alçaqlığın cəzasız qalması” başlıqlı məqalədə sosial şəbəkələrdə silahsız Azərbaycan əsgərinin işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülərin yayılmasının hiddət doğurduğu bildirilir. 

Qeyd olunur ki, insanlıqdan çıxmış erməni quldurlarının əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq əsir düşmüş azərbaycanlı hərbi qulluqçulara qarşı törətdikləri humanitar hüquqazidd vəhşi əməllər qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənilməlidir. 

Məqalədə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın müddəalarını kobud şəkildə pozan erməni canilərinin cəzasız qalmalarının onları daha da cəsarətləndirdiyi və azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyin ən yüksək həddə çatdığı təəssüflə bildirilir. Həmçinin, erməni vəhşiliyinin cəzasız qalması nəticəsində bu gün də hərbçilərin və dinc insanların mina terrorunun qurbanına çevrildiyinə diqqət çəkilir. 

Xüsusi vurğulanır ki, beynəlxalq ictimaiyyət sülhə can atan Azərbaycana qarşı ermənilər tərəfindən törədilmiş hüquqazidd əməllərin cəzasız qalmasına son qoyulmasını tələb etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam