Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dan Ukraynaya yeni hərbi yardım gəlir

   ABŞ Kiyevə bu silah və texnikaları göndərir - SİYAHI

         ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

Yenixeber.org: Bu barədə Ağ ev və ABŞ Müdafiə Nazirliyinin məlumatlarında bildirilib.

ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.

Bundan əlavə, yardıma doqquz milyondan çox atıcı silah sursatı, dörd ədəd maddi-texniki təminat avtomobili, yüksəkdəqiqlikli aviasiya hərbi sursatları, nəqliyyat vasitələrinə texniki xidmət və təmir üçün sınaq və diaqnostika avadanlığı, liman təhlükəsizliyi avadanlığı, ehtiyat hissələri və digər sahə avadanlığı daxildir.

Hərbi yardım paketi Prezidentin Silahların Azaldılması Təşəbbüsünün bir hissəsidir və ABŞ liderinə fövqəladə hallarda amerikan ehtiyatlarından silah ötürməyə imkan verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam