Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynaya daha 1 milyard avroluq yardım gəlir

Avropa İttifaqı (Aİ)Ukraynaya 1 milyard avro məbləğində yardımı təsdiqləyib. Bu vəsait Ukraynaya döyüş sursatlarının ötürülməsi ilə bağlı xərclərin ödənilməsinə yönəldiləcək.
Yenixeber.org: Bu barədə Aİ mətbuat xidməti məlumat yayıb.
“Bu gün Aİ Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün Avropa Sülh Fondu (EPF) çərçivəsində 1 milyard avroluq yardım paketini qəbul edib. Bu tədbir Aİ-yə üzv dövlətlərə Ukraynaya mövcud silah-sursat ehtiyatlarından istifadəyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin sözlərinə görə, bu qərar Aİ ölkələrinin Ukraynanı 1 milyard avro dəyərində artilleriya sursatları ilə təmin etmək vədlərinin birinci hissəsini qüvvəyə mindirib.
“Bugünkü qərar Aİ-nin 2023-cü il martın 20-də artilleriya sursatlarının tədarükünü və birgə tədarükü sürətləndirməyə yönəlmiş üç istiqamətli yanaşma haqqında sazişinin birinci hissəsini həyata keçirir”, - deyə məlumat qeyd olunur.
Ukraynaya Avropa Sülh Fondunun xətti ilə verilən ümumi yardım 4,6 milyard avroya yüksəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam