Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Sonu və kənarı yoxdur" - Rusiyada nəhəng "Vaqner" məzarlığı tapılıb – VİDEO

Qəbirlərin sayı günü-gündən artır, yeni qəbirlər qazılıb

Yenixeber.org: Rusiya Federasiyasının Krasnodar diyarında “Vaqner” özəl hərbi şirkətinin muzdluları üçün yeni irimiqyaslı məzarlıq salınıb. Bildirilir ki, bir neçə gün ərzində məzarlıqdakı qəbirlərin sayı onlarla artıb. Bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, martın 16-da bu qəbiristanlıqda 70-ə yaxın “Vaqner” əsgərinin məzarı var idisə, indi onların sayı 84-dür və qazılan məzarların sayını nəzərə alsaq, bu rəqəm artacaq.

"Çox böyük qəbiristanlıqdır, hamısı təzə qəbirlərdir. Məzarlığın sonu və kənarı yoxdur. Əksəri gəncdir, amma hər yaşda adam var... Krasnodar diyarında, Qoryaçiy Klyuçda çox böyük qəbiristanlıqdır...”, - deyə qəbiristanlığın videosunu şəkən qadın deyir.

Qeyd edək ki, "Vaqner” əsgərləri son aylar əsasən Donetsk vilayətinin Baxmut rayonu yaxınlığında döyüşürlər. “Vaqner”lərin Baxmutda böyük itki verdikləri barədə məlumatlar var.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski “Vaqner” muzdlularının ciddi şəkildə tükəndiyini bildirib.

(AYNA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam